Denzel Dumfiris "Real Madrid"də?

"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris mövsümün sonunda komandadan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Real Madrid" niderlandlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

"Defensa Central" nəşrinin yaydığı məlumata görə, Joze Mourinyo 30 yaşlı oyunçunu Madridə gətirmək istəyir.

Qeyd edək ki, D.Dumfiris cari mövsüm meydana çıxdığı 28 matçda 5 qol, 2 asistlə yadda qalıb.