Derbidə qalib tərəf “Fənərbağça” oldu
Basketbol üzrə Avroliqa turnirində 3-cü həftə Türkiyə derbisi ilə əlamətdar olub.
Sportline.az xəbər verir ki, “Anadolu Efes” öz meydanında “Fənərbağça” ilə qarşılaşıb. Görüş “Fənərbağça”nın 83:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ən məhsuldar basketbolçusu “Anadolu Efes”in oyunçusu Oturu olub. 21 xal 4 ribaund 5 asist.
“Fənərbağça”nın ən məsuldar oyunçusu isə Colson olub. 16 xal 3 ribaund 4 asist.
Qeyd edək ki, “Fənərbağça” turnir cədvəlində 4-cü, “Anadolu Efes” isə liqaya başçılıq edir.