“Detroit” “Klevlend Kavaliers”dən üstün olub

Yoxlama matçında “Detroit Pistons” öz meydanında “Klevlend Kavaliers”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, “Detroit” basketbolçuları “Kavaliers”i 108:92 hesabı ilə məğlub edib.

Matçın ən məhsuldar basketbolçusu “Klevlend Kavliers”in oyunçusu Cerret Allen olub. 19 xal 8 ribaund 1 asist.

“Detroit”in ən məhsuldar oyunçusu isə Simone Fonteççio olub.18 xal 3 ribaund 2 asist.

Qeyd edək ki, NBA-də rəsmi matçlar oktyabr ayının 22-də başlayacaq.