"Deva" uduzdu, "Araz" vahid lider oldu

Futzal üzrə UEFA Kubokunun əsas mərhələsində mübarizə davam edir.

SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Araz" çıxış etdiyi qrupda 2-ci tur yekunlaşıb. Turun son matçında Rumıniya klubu "Deva" "Mostar"la (Bosniya və Herseqovina) üz-üzə gəlib. Qarşılaşma "Mostar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.

Bu nəticədən sonra "Araz" qrupun vahid lideri olub. Son turda "Deva" ilə qarşılaşacaq Naxçıvan klubuna 1 xal da kifayət edəcək.

1

Araz

2

2

0

0

11-6

6

2

Mostar

2

1

0

1

5-7

3

3

Deva

2

1

0

1

7-5

3

4

Sent Endryus

2

0

0

2

6-11

0