Din Haysen: “Real Madrid” dünyanın ən böyük klubudur”
"Real Madrid" ispaniyalı mərkəz müdafiəçisi Din Haysen jurnalistlərə müsahibəsində iddialı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Haysen müsahibəsində bu fikirləri səsləndirib;
"Real Madrid"in böyüklüyünü xəyal edə bilərsiz, ancaq bunu yaşamaq fərqli hissdir. Burada özümü çox xoşbəxt hiss edirəm. Uşaqlıq arzum reallaşıb. Bu klubu hər şeydən çox sevirəm. "Real Madrid" dünyanın ən böyük klubudur", - deyə D.Haysen bildirib.