Dina Ulyanova: "Parisə qələbə ardınca yollanacağıq"

"Parisə qələbə ardınca yollanacağıq".

Bunu Sportline.az-a açıqlamasında 3x3 basketbol üzrə milli komandanın üzvü Dina Ulyanova deyib.

Təcrübəli basketbolçu Paris Yay Olimpiya Oyunlarına hazırlığın plan üzrə getdiyini bildirib: "Biz hazırlıq prosesi dönəmində bir neçə turnirə qatılmışıq. Bununla yanaşı təlim-məşq toplanışlarında iştirak edirik. Bir sözlə tam şəkildə hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Hamımız böyük həvəslə olimpiadanın startını gözləyirik. Düzdür, Qəbələdəki turnirdə bəzi zədələrimz oldu. Amma, bu bizim hazırlıq prosesinə mənfi təsirini göstərmir".

Qeyd edək ki, Azərbaycan bu idman növündə ilk dəfə olimpiadada təmsil olunacaq.