"Dinamo" (Kiyev) millimizin üzvünün komandasına 7 qol vurdu
Ukrayna Premyer Liqasında "Dinamo" (Kiyev) "Kolos"u qəbul edib.
Sportline.az xəbər verir ki, millimizin üzvü Anatoli Nuriyevin də mübarizə apardığı "Kolos" 0:7 hesabı ilə uduzub.
Nuriyev 46-cı dəqiqədə meydana daxil olub və sonadək oynayıb. O, matçın sonlarında sarı vərəqə ilə cəzalandırılıb.
"Kolos" hazırda 5 xalla 11-ci pillədədir.