Dino Ndlovu oynadı, CAR qələbə qazandı

"Qarabağ"ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) heyətində oyuna çıxıb. SportLine.az xəbər verir ki, DÇ-2018-in Afrika zonası üzrə təsnifat mərhələsində rəqib Burkina Faso seçməsi olub.

Matç CAR millisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

D.Ndlovu 86-cı dəqiqədə Percu Taununun əvəzinə meydana çıxıb.

Qeyd edək ki, CAR 4 oyundan sonra 4 xalla sonuncudur.

Standings provided by Sofascore LiveScore