Dino Ndlovu rəsmən “Qarabağ”da!
“Qarabağ” Dino Ndlovu transferini rəsmən açıqlayıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, CAR yığmasının üzvü ilə müqavilə imzalanıb.
Ötən mövsümü Cənubi Kiprin “Anortosis” klubunda keçirmiş hücumçu ilə 2 illik anaşma əldə edilib.
Qeyd edək ki, 26 yaşlı forvard karyerası ərzində öz ölkəsində və İsrail klublarında da çıxış edib.