Dino Ndlovunun komandası uduzdu
Bu gün DÇ-2018-in Afrika zonası üzrə seçmə mərhələsində 5-ci turun oyunları olub.
Sportline.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovunun şərəfini qoruduğu Cənubi Afrika Respublikası millisi öz meydanında Seneqalı qəbul edib. Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
CAR - Seneqal - 0:2
Qollar: Diafra Sakho, 12, Tamsanqa Mkhize, 38-avtoqol
D.Ndlovu oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, CAR millisi Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunda sonuncu yerdədir.