Diqqətlər İstanbul derbisinə
Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi olacaq.
Sportline.az xəbər verir ki, XIX tur matçında "Qalatasaray" "Beşiktaş"ı qəbul edəcək.
"NEF Stadionu"nda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Görüşü Atilla Karaoğlan idarə edəcək.
Hazırda meydan sahibləri 28 oyundan 35 xalla 14-cü, qonaqlar 45 xalla 8-ci pillədə qərarlaşıb.
Bu, komandaların tarixdə 351-ci dueli olacaq. Əvvəlki görüşlərin 123-də "sarı-qırmızılar", 113-də isə "ağ-qaralar" qələbə qazanıb. 114 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Qalatasaray" öndədir - 488:458.
İstanbul təmsilçiləri arasındakı son 10 matçda "Beşiktaş" üstündür. "Qara-qartallar" 6, "aslanlar" isə 3 qələbə əldə edib, 1 oyunda qalib müəyyənləşməyib.
Türkiyə Super Liqası
XXIX tur
21:00. "Qalatasaray" - "Beşiktaş"
"NEF Stadionu"
Baş hakim: Atilla Karaoğlan.