"Real" Çempionlar Liqasının qalibidir!

Bu gün UEFA Çempionlar Liqasında 2016/2017-ci il mövsümünə yekun vurulacaq. SportLine.az xəbər verir ki, Kardiffin "Millenium" stadionunda keçiriləcək həlledici matçda "Yuventus" və "Real" üz-üzə gələcək.

"Barselona"nı mübarizədən kənarlaşdırmaqla iddiasını biruzə verən Turin təmsilçisi bir illik fasilədən sonra yenidən finaldadır. 2015-ci ildə çempionluğun bir addımlığında büdrəyən "qoca sinyora", bu dəfə azarkeşlərini sevindirməyə niyyətlidir.

Madridlilər isə ardıcıl ikinci dəfə Çempionlar Liqasında qalib ola bilərlər. İndiyədək 11 dəfə baş mükafata yiyələnən "kral klubu" kolleksiyasını zənginləşdirmək barədə düşünür.


03 iyun 2017
Çempionlar Liqası, FİNAL

"Yuventus" - "Real" (Madrid) - 1:4
QOLLAR:
Ronaldo, 20 (0:1); Mandzukiç, 27 (1:1); Kazemiro, 61 (1:2); Ronaldo, 64 (1:3); Asensio, 90 (1:4)

"Millenium", Kardiff

Hakimlər: Feliks Brix, Mark Borş, Ştefan Lupp, Marko Frits, Bastian Dankert (hamısı, Almaniya)