Dirk Novitski Messini Ronaldudan üstün sayır

Əfsanəvi basketbolçu Dirk Novitski Messi-Ronaldu müqayisəsində argentinalıya üstünlük verdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, o, "The Atletic"ə müsahibəsində bunun səbəbini belə izah edib: "Mən də Messiyə üstünlük verənlərdənəm. Ronaldu özünə oyundan kənar diqqət çəkmək istəyir. Bu isə, xoşlamadığım məqamlardandır".

Qeyd edək ki, Ronaldu son olaraq qalmaqalla gündəmə gəlib.

O, Səudiyyə Ərəbistanı Super kuboku matçında rəqibi dirsəyi ilə vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.