Dmitri Aleniçev "Spartak"dan əslində niyə ayrılıb?

Dmitri Aleniçev “Spartak”dan getmə səbəbini açıqlayıb. SportLine.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən mütəxəssis bunun klubdaxili problemlərdən qaynaqlandığına işarə vurub: “Doğma komandamı yeni səviyyəyə yüksəltmək üçün əlimdən gələni əsirgəmirdim. Bu mövsüm çempionluğu hədəfləmişdik. Amma, bir var, bu işdə kömək hiss edəsən, bir də var, işləyirsən və anlamırsan ki, kim sənə kömək edəcək, kim badalaq vuracaq? Rəhbərlik italiyalı mütəxəssi istəyirdi, bun da nail oldu”. Bununla belə, yenidən “Spartak”a qayıtmağı istisna etməyən Aleniçev “qırmızı-ağlarla” çempionluq sevinci yaşamaq arzusunda olduğunu bildirib. Xatırladaq ki, o, Avropa Liqasının pley-offunda “AEK”-ə məğlubiyyətdən sonra istefaya göndərilib.