"Dnepr" "Qəbələ"yə rəqib oldu

"Qəbələ"nin Ukrayna "Dnepr"i  ilə yoxlama matçı keçirəcək.

SportLine.az "Report"a istinadən xəbər verir ki, oyun "qırmızı qaralar"ın Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.

Qarşılaşma 24 yanvara təyin olunub. "Qəbələ" eyni zamanda yanvarın 17-də Almaniyanın "Osnabrük", yanvarın 20-də İsveçrənin "Sürix", yanvarın 23-də isə Bolqarıstanın "Levski" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında 10 - 27 yanvarda olacaq.

Banner