“Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirdik“
"Karvan-Yevlax" Premyer Liqada qalacaq.
Sportline.az xəbər verir ki, bunu bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimov deyib.
Mütəxəssis Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə məğlub olduqları matçla (1:2) bağlı fikirlərini bölüşüb:
"İkinci dövrənin ilk oyunu idi. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirdik. Çox təəssüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, "Karvan-Yevlax" Premyer Liqada qalacaq".
Qeyd edək ki, bu məğlubiyyətdən sonra Yevlax təmsilçisi 5 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb.