Doku "Barselona"ya transfer olacaq?
"Mançester Siti"nin belçikalı vingeri Jeremi Doku "Barselona"nın maraq dairəsinə düşüb.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Doku üçün yayda "Mançester Siti"yə rəsmi təklif göndərəcək.
22 yaşlı futbolçu "Barselona"da çıxış etməyə müsbət baxır.
Qeyd edək ki, Doku 2023-cü ildən "Mançester Siti"in şərəfini qoruyur.
O cari mövsüm çıxış etdiyi 23 oyunda 6 qol və 7 asistlə yadda qalıb.