Donnaruma Mançester yolunda

"Paris Sen-Jermen"in qapıçısı Canluici Donnaruma klubdan ayrıldığını açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda italiyalı kiper öz "instaqram" hesabında paylaşım edib.

"Əziz PSJ azarkeşləri, klubda olduğum ilk gündən öz yerimi qazanmaq və bu klubun hədəfini qürurla müdafiə etmək üçün meydanda və meydandan kənarda hər şeyi verdim. Təəssüf ki, kimsə qərar verdi ki, mən artıq komandanın bir parçası ola və onun uğuruna töhfə verə bilməyəcəm. Bu qərar məni məyus edir və kədərləndirir", - deyə Donnaruma bildirib.

Qeyd edək ki, Donnaruma "Mançester Siti"yə transfer olmağa yaxındır.