Donnaruma PSJ-dən ayrıla bilər

“Çelsi” Canluici Donnarummanı heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, “L’Équipe” nəşrinin yaydığı məlumata əsasən, italiyalı qolkiperə Avropanın bir neçə top klubu maraq göstərir və onların arasında London təmsilçisi də yer alır.

Donnarumanın PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.