Dortmund "Borussiya"sının yeni baş məşqçisi məlum oldu
Dortmund "Borussiya"sının yeni baş məşqçisi Peter Bos olacaq. Sportline.az xəbər verir ki, dortmundlular 53 yaşlı hollandiyalı ilə 2019-cu ilədək müqavilə bağlayacaqlar. Yeni baş məşqçinin təqdimatı bu gün "Siqnal İduna Park"da olacaq. "Borussiya" bu keçidə görə "Ayaks"a 5 milyon avroyadək vəsait ödəyəcək. Xatırladaq ki, bu mövsüm "Ayaks"la Hollandiya çempionatının gümüş medallarını qazanan Peter Bos komandanı Avropa Liqasının finalına yüksəltmişdi.