Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək.
Bu barədə Sportline.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib.
Turnir Gənclər və İdman Nazirliyi ilə AKAF-ın birgə təşəbbüsü əsasında baş tutacaq.
Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsində baş tutacaq tədbir 10-11 iyunda gerçəkləşəcək.
İyunun 10-da saat 10:00-dan 15:00-a qədər dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər. İyunun 11-də saat 11:00-dan 15:00-a qədər isə yarışlar təşkil ediləcək. İştirakçılar 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.