Dumfiris "Real Madrid"də
"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yeni mövsümdən etibarən "Real Madrid"də çıxış edəcək.
Sportline.az xəbər verir ki, Madrid klubu 30 yaşlı futbolçu üçün "İnter"ə 20 milyon avro sərbəst qalma məbləği ödəyəcək.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, D.Dumfiris cari mövsüm meydana çıxdığı 28 matçda 5 qol, 2 asistlə yadda qalıb.