Dünya çempionatına alternativ turnir

ABŞ Futbol Federasiyası maraqlı ideya irəli sürüb. Sportline.az xəbər verir ki, sözügedən qurum gələn ilin yayında beynəlxalq turnir keçirməyi planlaşdırır.

Yarışda DÇ-2018-ə vəsiqə qazana bilməyən güclü yığmaların iştirakı planlaşdırılıb. Meydan sahibləri, həmçinin İtaliya, Hollandiya, Çili və Qana kimi komandalar dəvət göndəriləcək millilər sırasında olacaq. Turnirin DÇ-2018-in startına qədər baş tutacağı gözlənilir.

Xatırladaq ki, mundialdan kənarda qalanlar sırasında Ukrayna, Türkiyə, İrlandiya, Şimali İrlandiya Fil Dişi Sahili kimi güclü millilər var.