Dünya çempionatında ilk

Beynəlxalq Boks Federasiyası (AIBA) qarşıdakı dünya çempionatında ilk dəfə medalçılara pul mükafatı verəcək.

Sportline.az xəbər verir ki, AIBA-nın rəsmi saytına istinadən məlumatına görə, qaliblər 100 000 ABŞ dolları, ikinci yeri tutanlar 50 000 dollar, bürünc medalçılar isə 25 000 dollar alacaqlar.

Qurumun prezidenti Umar Kremlyov bildirib ki, bu addım idmançıları rinqdə uğurlu çıxış etməyə həvəsləndirəcək: "Boksçu təkcə rinqdə uğur qazanmalı deyil, həm də özünə firəvan həyat təmin etməlidir".

Qeyd edək ki, dünya çempionatı bu il 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək.