Dünyanın ən məşhur idmançılarının yeni siyahısı

Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısıdır. Sportline.az xəbər verir ki, portuqaliyalı forvard  ESPN-in araşdırması nəticəsində basketbolçu Lebron Ceyms və  ən iddialı rəqibi Lionel Messini üstələyib. 

Qeyd edək ki, bu siyahı xüsusi seçimlə müəyyənləşdirilib. Nəticə gəlirlər, sosial şəbəkələrə təsir və "Google" axtarış sistemindəki sorğular əsasında formalaşıb. İlk 100-lükdə 38 nəfər futbolçunun adı var ki, onların da 1/3-i İngiltərə Premyer Liqasında oynayanlardır.

1. Kriştianu Ronaldu (futbol)

2. Lebron Ceyms (basketbol)

3. Lionel Messi (futbol)

4. Roje Federer (tennis)

5. Fil Mikelson (qolf)

6. Neymar (futbol)

7. Useyn Bolt (atletika)

8. Kevin Dürant (basketbol)

9. Rafael Nadal (tennis)

10. Tayger Vuds (qolf)