Dzeko "İnter"də
“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Milan təmsilçisi “Roma”dan Edin Dzekonu alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bosniyalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının da üzvü olan Dzeko, 2015-ci ildən “Roma”da çıxış edirdi.