Dzeko "İnter"ə keçir
"Roma"nın hücumçusu Edin Dzekonun bu gün "İnter"ə keçidi rəsmiləşəcək.
Sportline.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 35 yaşlı forvardın bu gün tibi müayinədən keçdikdən sonra 2 illik müqaviləyə qol çəkəcəyi bildirilib.
Qeyd edək ki, bosniyalı futbolçu 2016-cı ildən "Roma"da oynayır.