Ebrar Karakurt və Zehra Günəşin var-dövləti hər kəsi heyrətləndirdi

Qadın Voleybol Komandasının iki məşhur adı Zehra Günəş və Ebrar Karakurt dünyanın ən zəngin qadın voleybolçuları siyahısına daxil olub.

Sportline.az "Turkish Post" nəşrinə istinadən xəbər verir ki, siyahıya daxil olan Ebrar Karakurt və Zehra Günəşin sərvətləri hər kəsi heyrətləndirib.

Ebrar Karakurt 4,2 milyon dollarlıq sərvətlə siyahıda 13-cü, Zehra Günəş isə 4 milyon dollarlıq sərvətlə 14-cü yerdə qərarlaşıb.