Eden Azarın ayağı sındı

Belçika millisinin təlim-məşq toplanışında iştirak edən Eden Azarın ayağı sınıb. SportLine.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.

Məlumatda futbolçunun ayağının topuq nahiyəsindən qırıldığı deyilir.

Bununla da, hücumçu bu gün Çexiya ilə oyunda və iyunun 9-u Estoniya seçməsinə qarşı matçda komandasına kömək edə bilməyəcək. Onun 2-3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Qeyd edək ki, E.Azar cari mövsüm Premyer Liqada "Çelsi" forması ilə çıxdığı 36 oyunda 16 qol vurub.