Edersonun adı "Mançester Yunayted"lə hallanır

"Atalanta"nın futbolçusu Ederson adı "Mançester Yunayted"lə hallanır.

Sportline.az "Sky İtalia" nəşrinə istinadən xəbər verir ki, "qırmız şeytanlar" 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib.

Brazilya millisinin üzvünün dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.

Qeyd edək ki, Ederson bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 3 qol, 2 asistlə yadda qalıb.