Əfsanələrin "El-Klasiko"sunda 5 qol

İspaniyanın “Real” və “Barselona” komandalarının keçmiş futbolçuları xeyriyyə matçında üz-üzə gəliblər.

Sportline.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhərində keçirilən əfsanələrin “El-Klassiko”su “Real”ın 3:2 hesablı qələbəsiylə başa çatıb.

Madridlilərin qollarını Alfonso Peres, Munitis və Ruben de la Red vurub. “Barselona”dan isə Ronaldinyo və Jofre Mateu fərqlənib.