Əfsanəvi müdafiəçi 76 yaşında öldü

Çexoslovakiya hokkeyinin əfsanəsi Yan Suxi vəfat edib.

Sportline.az xəbər verir ki, sabiq müdafiəçi 76 yaşında dünyasını dəyişib.

O, 2008-ci ildən Çexiya, 2009-cu ildən İİHF Şöhrət zalının üzvüdür. Suxi Çexoslovakiya tarixində ən məhsuldar müdafiəçidir. O, çempionatda 162, millidə 44 qol vurub.

1968/69 mövsümünün ən yaxşı bombardiri olan Suxi Çexoslovakiya çempionatları tarixində belə uğura imza atan yeganə müdafiəçidir. O, həmin vaxt 56 xal toplayıb.

Suxi Yiqlava “Dukla”sı ilə 7 dəfə Çexoslovakiya çempionu olub. O, yığmada Olimpiya və 7 dünya çempionatının mükafatçısıdır.