Ekitike İngiltərə çempionuna keçə bilər

"Ayntraxt"ın fransalı forvardı Hüqo Ekitike "Liverpul" klubundan təklif alıb.

Sportline.az "TBR Footbal"a istinadən xəbər verir ki, Mersisayd klubu futbolçunun meneceri ilə təmas halındadır.

23 yaşlı futbolçu üçün Almaniya klubu 90 milyon avro tələb edir.

Qeyd edək ki, Hüqo Ekitike ötən mövsüm meydana çıxdığı 48 matçda 22 qol 12 asistlə yadda qalıb.