Ekitike İngiltərə klubuna keçə bilər
"Nyukasl" fransalı hücumçu Huqo Ekitikenin transferində maraqlıdır.
Sportline.az xəbər verir ki, bu haqda “The Telegraph” nəşri məlumat yayıb.
"Qarğalar” artıq futbolçunun nümayəndələri ilə ilkin təmas quraraq maraqlarını ifadə ediblər və hazırda “Ayntraxt”la razılıq əldə etməyə çalışırlar.
Ekitikenin Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.