Ekitike İngiltərə klubuna keçə bilər

"Nyukasl Yunayted"in isveçli forvardı Aleksander İsak bu yay klubdan ayrılsa, rəhbərlik Hüqo Ekitikeni transfer etməyə çalışacaq.

Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Ayntraxt" Ekitike satmaq fikrinə müsbət yanaşır.

Lakin rəhbərlik sözü gedən futbolçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaq.

23 yaşlı hücumçunun menecerinin hazırda İngiltərədə olduğu bildirilir. 

Qeyd edək ki, İsakıda "Liverpul" klubu transfer etmək istəyir.