“Əl-Nəsr” fransız vingeri transfer edib
“Bavariya”nın cinah hücumçusu Kinqsli Komanın “Əl-Nəsr”ə transferi yaxınlaşır.
Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 29 yaşlı fransız futbolçu üçün bonuslar da daxil olmaqla 35 milyon avro ödəməyə hazırdır.
Oyunçu ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulur.
Koman 2017-ci ilin yayından Münhen klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 339 oyunda iştirak edərək 72 qol vurub və 71 qol ötürməsi edib.