Əliyar Ağayev 2-ci kateqoriyada qaldı

UEFA beynəlxalq dərəcəli futbol hakimlərinin 2017-2018 mövsümünün ilk yarısı üçün kateqoriyalarını açıqlayıb. Sportline.az xəbər verir ki, azərbaycanlı FİFA referiləri bu dəfə də irəliləyə bilməyiblər. Əliyar Ağayevin birinci kateqoriyaya keçəcəyi gözlənilsə də, o, yenə ikinci kateqoriyaya malik referilər siyahısında saxlanılıb. Rəhim Həsənov və Ömər Paşayev isə üçüncü kateqoriyalılar siyahısında yer alıb.