Əliyar Ağayev İspaniya klubunun oyununda
FİFA referimiz Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, gənc baş hakim Avropa Liqasının L qrupunun “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu idarə edəcək. Oyunun yan xətt akimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq.
Qeyd edək ki, görüş oktyabrın 19-da Skopyedə keçiriləcək.