Əliyar Ağayevin idarə etdiyi oyun
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxlaq arenada növbəti oyununu idarə edib. SportLine.az xəbər verir ki, DÇ-2018-in təsnifat mərhələsinin 4-cü turu çərçivəsində keçirilən Kipr - Cəbəllütariq qarşılaşmasında əsas söz sahibi Ə.Ağayev olub.
80-ci dəqiqədə qonaq komandanın futbolçusuna ikinci sarı vərəqəni göstərən FİFA referimizin idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb: 3:1.