Elxan Abdullayevin daha bir köməkçisi müəyyənləşdi

“Neftçi”nin yeni baş məşqçisi Elxan Abdullayevin köməkçilərinin daha birinin adına aydınlıq gəlib. SportLine.az-ın klubun saytına istinadən məlumatına görə, komandanın fiziki hazırlıq üzrə məşqçi vəzifəsi Andrey Kolesnikova həvalə edilib.

O bunadək Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. Təcrübəli mütəxəssis hazırda Azərbaycan milli komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.

Yığmamızda da işini davam etdirəcək Elxan Abdullayevin daha bir köməkçisinin adına isə gələn həftə aydınlıq gələcək.

Qeyd edək ki, Abdullayevin digər köməkçilərinin İqor Getman və Dmitri Kramarenko olacağı əvvəlcədən də bəlli idi.

Banner