Emin Mahmudov: "Çox üzgünük"

"Bu dəfə sizləri sevindirə bilmədiyimizə görə çox üzgünük".

Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov özünün feysbuk səhifəsində İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşərkən yazıb.

29 yaşlı yarımmüdafiəçi artıq ölkə çempionatına köklənməli olduqlarını vurğulayıb: "Yenidən daha güclü, daha uğurlu olmaq üçün sizlərin dəstəyinə ehtiyacımız var. Birlikdə bacaracağıq"!

Qeyd edək ki, "Makkabi" klubuna uduzan "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb.