Emin oynadı, komandası məğlub oldu
Azərbaycan millisinin üzvü - Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti matçını keçirib. SportLine.az xəbər verir ki, “Vitoriya Gimarayeş”in qonağı olan "damalılar" meydanı məyus tərk ediblər - 0:2.
E.Mahmudov start heyətində meydana daxi olub və 55-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 30 oyundan 35 xalı olan “Boavişta” 9-cu pillədə qərarlaşıb.