Azərbaycan millisi Gürcüstana məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ilk yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma Gürcüstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu sentyabrın 9-da saat 11:00-da keçiriləcək.