"Turan Tovuz" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı

Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

"Turan Tovuz" öz meydanında "Sumqayıt"la qarşılaşacaq. Digər oyunda isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək.

6 sentyabr (bazar)

Misli Premyer Liqası, 4-cü tur

18:00.“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamal Umudlu 
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu

20:15.“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Elçin Məsiyev 
AVAR: Pərvin Talıbov
Tofiq Bəhramov adına Respublika Stadionu

Turun digər nəticələri

“Qəbələ” - “İmişli” - 2:1

“Kəpəz” - “Şamaxı” - 1:4

 “Neftçi” - “Şəfa” - 4:1

“Sabah” - “Zirə” - 5:0

 

 

Bomdardirlər:

Breno Almeyda (“Neftçi”) - 5 qol

Coy Lens Mikels ("Sabah") - 4 qol

Aydın Eren (“Zirə”) - 2 qol

Dioqo Almeyda ("İmişli") - 2 qol