“Mançester Yunayted” “Sabah”la oyundan əvvəl xal itirdi
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın rəqiblərindən olan “Mançester Yunayted” Premyer Liqanın 3-cü turu çərçivəsində növbəti oyununu keçirib.
Sportline.az xəbər verir ki, Mançester təmsilçisi səfərdə “Everton”la qarşılaşıb. İlk hissəsi heç-heçə ilə başa çatan görüşün ikinci hissəsində qapılara 4 qol vurulub.
6 sentyabr
"Everton" - "Mançester Yunayted" - 2:2
Qollar: T.Corc, 83, Eynsli Meytlend-Naylz, 90+6 // B.Mbeumo, 46, B.Şeşko, 88
Qeyd edək ki, “Mançester Yunayted” Liqa mərhələsinin ilk turunda sentyabrın 10-da öz meydanında Azərbaycan çempionu “Sabah”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.