Əmrə Mor Fatih Terimi saymadı

Dünya çempionatının  Xorvatiya-Türkiyə təsnifat matçında maraqlı hadisələrdən biri 84-cü dəqiqədə yaşanıb. SportLine.az xəbər verir ki, söhbət əvəzlənməsinə etirazını nümayişkaranə şəkildə bildirən Əmrə Morla Fatih Terim arasındakı gərginlikdən gedir. Baş məşqçiyə etirazını bildirən 19 yaşlı futbolçu ehtiyyat oyunçular skamyası əvəzinə yerdə oturması azmış kimi, su butılkasını da yerə çırpmağa cəsarət göstərib. Fatih Terimin təpkisindən sonra soyunub-geyinmə otağına yollanan Morun hərəkətini baş məşçi ərköyünlük kimi dəyərləndirib. Xatırladaq ki, Xorvatiya-Türkiyə görüşü 1-1 hesabı ilə nəticələnib.