Əmrə Mor Istanbul nəhənglərindən hansını seçəcək?
Türkiyə millisinin gənc ulduzu Əmrə Mor karyerasını doğma Vətənində davam etdirməyə yaxındır. Sportline.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngləri istedadlı futbolçunun ovuna çıxıblar. "Beşiktaş"ın bu yönümdə daha fəal olduğu bildirilsə də, Əmrənin seçimdə "Qalatasaray"a üstünlük verəcəyi inandırıcı görünür. Hər halda Əmrənin ailəsindən gələn mesajda onun "Qalatasaray" azarkeşi olduğu bildirilir. "Fənərbaxça" menecerlərinin də son günlər bu istiqamətdə fəallıq göstərdiyi hiss olunur. Onların son günlər Əmrənin meydana çıxdığı oyunları canlı izlədikləri açıqlanıb. Qeyd edək ki, Dortmund "Borrusiya"sının yürımmüdafiəçisi oyun praktikası sarıdan korluq çəkir.