Emre Mor Türkiyə Super Liqasında

Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın "Selta" klubundan Emre Moru rənglərinə bağlayıb. Bu bərədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Norveçin "Nordşelland" klubunun yetirməsi olan Emre Mor Dortmund "Borussiya"sı və Qalatasaray"da da oynayıb.