Ən çox qazanan basketbolçu məlum oldu

NBA-nın cari mövsümündə ən çox qazanc əldə edəcək basketbolçunun adı bilinib.

Sportline.az xəbər verir ki, bu, "Qolden Steyt"in oyunçusu Stefan Karridir.

Bu haqda "Sportico" məlumat paylaşıb.

Mənbənin bildirdiyinə görə, 36 yaşlı basketbolçu bu mövsüm 155,8 milyon dollar qazanacaq.

Bunun 55,8 milyonu məvacib, 100 milyonu isə kənar qazanclar olacaq. 

Qeyd edək ki, siyahının ilk üçlüyündə Yannis Adetokunbo (103,8 milyon dollar) ilə Kevin Dürantdır (97,9 milyon dollar).