Endrik "Real"da qalmaq istəyir
"Real Madrid"in brazilyalı futbolçusu Endrik klubda qalmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Marca" qəzeti məlumat yayıb.
Endrik cari mövsüm çıxış etdiyi 25 matçda 6 qolla yadda qalıb.
Qeyd edək ki, 18 yaşlı futbolçu ötən ilin yayında "Palmeyras"dan "Real Madrid"ə 47.5 milyon avro qarşılığında transfer olmuşdu.